Ulduz futbolçu Bundesliqa təmsilçisindən ayrılmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, Elif Elmas "Leypsiq"lə vidalaşa bilər. Buna səbəb oyunçunun komandadakı vəziyyətindən məmnun olmamasıdır. Məlumatı "Sky Sports DE" yayıb.

Makedoniyalının meydanda az şans qazanmağa davam edəcəyi halda qış "transfer pəncərəsi"ndə klubunu dəyişməyi düşündüyü qeyd olunub.

Xatırladaq ki, almanlar 25 yaşlı oyunçunu 2023/24 mövsümündə dövrələr arası fasilədə 24 milyon avroya "Napoli"dən gətirmişdilər.