"Çelsi"nin ulduzu digər Premyer Liqa klubunun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Aston Villa" Joao Feliksi heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə "RMC Sport" məlumat yayıb.
Komanda "zadəganlar" ilə transfer danışıqlarına başlayıb.
Qeyd edək ki, Feliks 2024/25 mövsümündə London klubunun forması ilə 20 oyuna çıxıb və 7 qola, 2 məhsuldar ötürməyə imza atıb.