Qazaxıstan Futbol Federasiyası baş məşqçisi ilə yolları ayırıb. 

Offsideplus.az xəbər verir ki, Stanislav Çerçesovla olan müqviləyə qarşılıqlı anlaşma ilə xitam verilib. Çerçesovla yanaşı, onun bütün məşqçilər korpusu da işdən çıxarılıb.

Xatırladaq ki, Çerçesov Qazaxıstan millisi ilə 6 oyun keçirib (beş məğlubiyyət və bir heç-heçə).