Millimizin hücumçusu Mahir Emrelinin komanda yoldaşı Stefanos Tzimas Premyer Liqa klubunun "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Brayton" yunan oyunçunu transfer etmək istəyir. Bu barədə "Football Insider" nəşri məlumat yayıb.

İngiltərə təmsilçisi futbolçu üçün almanlara 23 milyon avro təklif edib.

Klublar arasında danışıqlar davam edir.