15 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.

Offsideplus.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışda Bakının 64 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 761 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhər 10 nömrəli UGİM, 2-ci yerə Respublika Kompleks İdman Məktəbi, 3-cü yerə isə Bakı şəhər 8 nömrəli İOEUGİM layiq görülüb. 19 komanda müxtəlif əyarlı medal qazanıb.