UFC-nin hal-hazırda ən yaxşı döyüşçülərindən sayılan İslam Mahaçev əmindir ki, o, iki çəki dərəcəsində irəliləyə və təşkilatın orta divizionunda çempionluq kəmərinin sahibi olan cənubi afrikalı Drikus Du Plessisə qalib gələ bilər.
Offsideplus.az xəbər verir ki, İslam Mahaçqala hava limanında media nümayəndələrinin sualını cavablandırıb. O, bunları deyib: “Boyum və fiziki göstəricilərim bunu etməyə imkan verir. Sadəcə mütəxəssislərlə işləmək, əzələ kütləsi qazanmaq, bir az çəki əlavə etmək lazımdır - düşünürəm ki, cəhd edə bilərik. Sabah mənə bu döyüşü təklif etsələr,imtina etməyəcəyəm. Orta çəkidə döyüşməyə yüz faiz razı olacam. Du Plessisin döyüşlərinə, üslubuna əsaslanaraq düşünürəm ki, onu məğlub etmək üçün sirrlərim var”.