"Bayern"in oyunçusu 2 Premyer Liqa klubunun "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" və "Tottenhem" Matis Teli heyətinə cəlb etmək istəyir.
Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.
Hər iki komanda futbolçunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, 19 yaşlı hücumçu 2024/25 mövsümündə Almaniya nəhənginin forması ilə 13 oyuna çıxıb və 1 məhsuldar ötürməyə imza atıb.