"Mançester Yunayted" yeni transfer üçün İtaliya A Seriyasına üz tutub.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Patrik Dorqu ilə anlaşıb. Bu barədə Di Marzio məlumat yayıb.

Premyer Liqa klubu futbolçunun keçidi üçün "Leççe"yə 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, 20 yaşlı hücumçu 2024/25 mövsümündə 23 oyuna çıxıb və 3 qola, 1 məhsuldar ötürməyə imza atıb.