Narkotik qaçaqmalçılığı ilə təqsirləndirilən ulduz futbolçu azad edilib.
Offsideplus.az xəbər verir ki, ölkəsində sözügedən qanun pozuntusu ilə bağlı saxlanılan belçikalı oyunçu Radca Nainqqolan girov pul qarşılığnda sərbəst buraxılıb.
Futbolçunun Antverpen limanından narkotik vasitələr keçirən qruplaşmanın bir parçası olduğu ehtimal edilir. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, 1 həftə öncə Belçika II Liqasında çıxış edən "Lokeren" klubuna transfer olunan Nainqqolan daha öncə "Kalyari", "Roma","Inter", "Antverpen" kimi komandalarda forma geyinib.