Son günlərdə Paulo Dibalanın transfer məsələsi gündəmdədir.

Offsideplus.az xəbər verir ki, "Roma"nın idman direktoru Florent Qisolfi Dibalanın "Roma"dakı gələcəyi haqqında danışıb. O, argentinalının müqaviləsinin 2026-cı ilə qədər uzadıldığını təsdiqləyib: 

“Rəsmi olaraq deyə bilərik ki, müqavilə uzadılıb. Biz buna görə çox xoşbəxtik. Çünki Dibala liderdir.  Klubumuz və azarkeşlərimiz üçün vacib fiqurdur”.

Xatırladaq ki, Paulo Dibala 2022-ci ilin yayından “Roma”da oynayır.