Türkiyə I Liqasında 21-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” “Keçiörengücü” ilə qarşılaşıb. Matç milli oyunçumuzun rəqibinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə oyuna başlayan Coşqun, sona qədər meydanda olub.
Qeyd edək ki, 21 turdan sonra “Bandırmaspor”un aktivində 34 xal var və turnir cədvəlinin 4-cü yerində qərarlaşıb.