Cüdoçularımız Belçika açıq cüdo turnirinin ilk günündə tatamiyə çıxıblar.
Offsideplus.az xəbər verir ki, idmançılarımız ilk yarış günündə Vise şəhərindəki beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc mükafat əldə ediblər.
Murad Muradlı (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadir Hüseynov (73 kq) və İmran Yusifov (+100 kq) gümüş mükafat qazanıb.
İbrahim Əliyev (73 kq) isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq. Azərbaycan yarışda qadınlar və kişilər arasında 12 çəki dərəsində 27 cüdoçu ilə təmsil olunur.