Rusiyanın məhşur klubu Azərbaycanda futbol məktəbi açmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Rusiyanın məhşur "Dinamo" (Moskva) klubu - FCDM Azərbaycanda öz rəsmi futbol məktəbini təsis edir.
FCDM-nin rəsmi açılıq mərasimi fevralın 17-18-i təşkil olunacaq. Açılış mərasimində klubun nümayəndələri iştirak edəcək.
"Dinamo" futbol klubunun Bakı məktəbi 4-14 yaşlılar üçün nəzərdə tutulub. Kluba yazılanlar üçün "Dinamo" metodika və məşq qaydalarına görə imkanlar yaradılır, əsas futbol bacarıqlarının mənimsənilməsi və idman ruhunun inkişafı planlaşdırılır.
Futbol məktəbində qapıçılar üçün xüsusi proqram fəaliyyət göstərəcək. Əfsanəvi Lev Yaşin adına "Dinamo" akademiyası yerli qapıçıların hazırlanmasına artıq hazırdır.
Futbol məktəbinə qoşulanlar "Dinamo" standartlarına uyğun peşəkar məşqçilərin rəhbərliyi altında, qabaqcıl və özəl metodikalarlarla hazırlanacaqlar.
FCDM yetirmələri yerli çempionat və yarışlarda iştirak etməyi planlaşdırır.
Məktəbin rəsmi instaqram hesabında Moskva təmsilçisinin qolkiperi Andrey Lunyov azərbaycanlılara müraciət edib. Həmin videonu diqqətinizə çatdırırıq:
View this post on Instagram
Futbol məktəbinə qoşulmaq istəyənlər klubun rəsmi səhifəsinə müraciət edə bilərlər.