"Napoli" ilə Xvica Kvaratsxeliya arasında böyük anlaşılmazlıq yaranıb.

Offsideplus.az xəbər verir ki, mövsümün əvvəlində müqavilənin yenilənməsi üçün klub ulduz futbolçu ilə razılığa gəlsə də bəzi problemlər meydana çıxıb.

TMW-nin məlumatına görə, İtaliya təmsilçisi gürcü oyunçuya 5 milyon avro maaş verməyi nəzərdə tutub, lakin Xvica 8-9 milyon avro istəyir. Bu səbəbdən Kvaratsxeliyanın mövcud kontraktı 2027-ci ilə qədər davam etsə belə gələn yay başqa komandaya transferi gündəmə gələ bilər.