"Beşiktaş"ın sabiq ulduzu Rikardu Kuarejma Portuqaliya mediasında açıqlamaları ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki,  ölkəsində "Somos Fanaticos"a danışan futbolçu ona hələ də təkliflərin gəldiyini bildirib:

"Təkliflər almağa davam edirəm və bu məni sevindirir. Bir növ insanların klublarına yardım edə biləcəyimin işarəsidir. Həyat yoldaşım ilə uşaqlarımı düşünürəm. Oğlum "Sportinq"də oynuyur. Onun xəyallarını riskə ata bilmərəm".

Kuarejma ömrünün sonuna qədər unuda bilməyəcəyi 3 komandanın "Portu", "Beşiktaş" və "Sportinq" olduğunu qeyd edib:

"Bu klublarda yenidən oynamasam, ən azından bir vida matçı keçirmək istəyirəm. "Portu"da yoxsa "Beşiktaş"da olacağını düşünəcəm".