Mövsümün sonunda "Qarabağ"dan ayrılaraq Moskva "Dinamo"suna keçən qapıçı Andrey Lunyov Rusiyadakı evlərin qiymətindən narazıdır.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, o, paytaxtdakı qiymətlərdən bəhs edib:
"Burada qiymətlərin dəyişdiyini müşahidə edirəm. İndi mənzil kirayələmək üçün çox pul ödəməlisən. Daşınmaz əmlaklar çox bahadır. Məhsulların qiymətinə gəlincə, düzü indiyə qədər bazara getməmişəm".
Xatırladaq ki, Lunyov ötən mövsüm Ağdam klubunun formasını geyinib.