Keçən ay 16 illik peşəkar karyerasını sona çatdıran Eden Azar Səudiyyə Ərəbistanı klublarından gələn təkliflərə mənfi cavab verib.

Offsideplus.az xəbər verir ki, bu barədə onun keçmiş komanda yoldaşı Con Obi Mikel danışıb.

"Çelsi"nin sabiq oyunçusu Rio Ferdinandın "Vibe with Five“ adlı proqramında qonaq olarkən belçikalı oyunçu ilə dialoqundan bəhs edib. Nigeriyalı futbolçunun sözlərin əsasən Eden Səudiyyə Ərəbistanıdan gələn həftəlik 1 milyon avroluq təklifdən imtina edib.