Azərbaycan yığma komandasının üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində Zaqreb “Lokomotiva”sı ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Emreli də bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə meydana buraxılıb.

"Dinamo" hazırda turnir cədvəlində 22 xalla 3-cü pillədə qərarlaşıb.