Cənubi Koreya çempionatında 34-cü turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.

Anton bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Daejeon” hazırda 46 xalla 8-ci pillədə qərarlaşıb.