“Əl-Hilal” klubu zədədən sonra komandanın hücumçusu Neymara müraciət edib.
Offsideplus.az xəbər verir ki, klub bununla bağlı sosial şəbəkədə paylaşım edib:
“Daha güclü qayıdın”.
Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvay yığması ilə oyunun (0:2) birinci hissəsinin sonunda meydanı göz yaşları içində tərk edib. Futbolçunun ön çarpaz bağ zədəsi və dizində menisk yırtığı təsdiqlənib və əməliyyat olunacaq.