Azərbaycan yığmasının üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Ponikva" ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn "Dinamo" 1/8 finala yüksəlib.

Mahir bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.