"Qalatasaray"ın "Trabzonspor"u məğlub etdiyi matçdan sonra sarı-qırmızılı komandanın yeni transferi Hakim Ziyeç azarkeşləri ilə bir araya gəlib.
Offsideplus.az xəbər verir ki, Trendyol Super Liqasının ikinci həftəsində "Qalatasaray" Mauro İkardinin qolları ilə "Trabzonspor"u 2:0 hesabı ilə məğlub edib.
Sarı-qırmızılılar Nəhəng matçın fasiləsində Hakim Ziyeçi transfer etdiklərini İctimaiyyəti Açıqlama Platformasına bildirdi.
"Qalatasaray" yeni transferi Hakim Ziyeçi matçın sonunda azarkeşlərə təqdim edib. Mərakeşli ulduz tribunalara gedərək pərəstişkarlarına üçlük çəkdirib.