Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su səfər oyununda azarkeşsiz qalacaq.

Offsideplus.az xəbər verir ki, Xorvatiya təmsilçisi Yunanıstan AEK-i ilə keçiriləcək səfər oyununda tərəfdar dəstəyindən məhrum olacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək AEK - “Dinamo” oyununa təhlükəsizlik səbəbindən xorvatiyalı azarkeşlər üçün bilet satışı olmayacaq. Avqustun 15-də Zaqrebdə baş tutacaq cavab qarşılaşmasına isə yunan azarkeşlər buraxılmayacaqlar.