Uruqvay yığmasının sabiq üzvü Dieqo Qodin aktiv futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, uruqvaylı son olaraq Argentinanın "Velez Sarsfild" klubunda çıxış etmişdi.
37 yaşlı futbolçu karyerası ərzində “Vilyarreal”, “Atletiko”, “İnter”, “Kalyari”, "Atletiko Mineyro" klublarında oynayıb.
Ona Avropanın bir neçə klubundan təklif olsa da, məşqçilik etmək qərarına gəlib.