2023/24 mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” klubu Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, komanda Türkiyə Super Liqası təmsilçisi "Konyaspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Səbail" daha əvvəl 2 yoxlama oyunu keçirib, “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib, "Sivasspor"la 1:1 hesablı heç-heçə edib.