Azərbaycan yığmasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" klubu geridə qalan mövsüm ərzində futbolçularının vurduğu ən yaxşı qolu seçir.

Offsideplus.az xəbər verir ki, 9 futbolçunun yer aldığı siyahıda Dadaşovun da qolu var. 24 yaşlı hücumçunun ölkə çempionatının 1-ci turundan təxirə salınmış oyunda (1:1) "Lütsern"in qapısına vurduğu qol ən yaxşı ola bilər.

Qeyd: Dadaşovun qolu aşağıda təqdim etdiyimiz videoda ikinci dəqiqədən başlayır: