Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun da çıxış etdiyi “Daejeon” evdə “Suvon”la qarşılaşıb. Antonun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Daejeon” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.