Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" İsveçrə Superliqasında növbəti oyununa çıxıb.

 Offsideplus.az xəbər verir ki, 27-ci turda "Qrasshopper"  lider "Yanq Boyz"la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. 

Renat meydana start heyətdə çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Yanq Boyz" 57 xalla 1-ci, "Qrasshopper" 34 xalla 7-ci pillədə qərarlaşıb.