“Milan” klubunun ulduz hücumçusu Zlatan İbrahimoviç daha bir uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, o, İtaliya çempionatının 27-ci turunun “Udineze” ilə matçında (1:3) penaltidən qol vurub. İbrahimoviç 41 yaş 166 günlüyündə fərqlənib.
İsveçli bununla da, A seriyasında qol vuran ən yaşlı futbolçu adına yiyələnib.