Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko ola bilər.

Offsideplus.az istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçisi olmağa əsas namizədlərdən biridir.

Tedeskonun özü də Belçika seçməsinə başçılıq etməkdə maraqlıdır. Komandanın yeni baş məşqçisinin adı gələn həftə açıqlanacaq.