Zaqreb "Dinamo"sunun azərbaycanlı hücumçusu Mahir Emreli bu gün kollektivlə məşqə çıxıb.
Offsideplus.az xəbər verir ki, forvard belindəki ağrı səbəbi ilə əvvəlki iki məşqi buraxmışdı.
Zədəsini sağaldan 25 yaşlı Emreli bu gün komandanın məşqinə qatılıb.
Əgər heç bir problem yaranmazsa, Mahir iki gün sonra ölkə çempionatının “Lokomotiva”ya qarşı keçiriləcək görüşündə meydanda ola biləcək.