Azərbaycan yığmasının üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, Zaqreb klubu 18-ci turda "Qoritsa"nı qəbul edib . Matç qolsuz bərabərliklə başa çatıb. Emreli sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 62-ci dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.

Qeyd edək ki, "Dİnamo" 17 oyuna 42 xalla liderdir. "Qoritsa" isə 18 oyuna 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.