Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyuna çıxacaq.

Offsideplus.az xəbər verir ki, Zaqreb klubu 18-ci turda "Qoritsa"nı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Emreli görüş üçün ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, "Dİnamo" 16 oyuna 41 xalla liderdir. "Qoritsa" isə 17 oyuna 8 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.