Azərbaycan millisinin futbolçusu Mahir Emreli mövsümün ikinci dövrəsindən etibarən “Dinamo”nun əsas oyunçusu ola bilər.
Offsideplus.az “index.hr” saytına istinadən xəbər verir ki, Mislav Orşiçin İngiltərə klubu “Sauthempton”a transferindən sonra yaranan boşluğu Luka Menal, Dario Şpikiç, Mahir Emreli və gənc Qabriyel Rukavina ilə doldura bilər.
Mahir Emreli son dönəmlərdə yaxşı formada olduğu üçün Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçuya əsas heyətdə yer verməsi mümkündür. Çaçiç Dario Şpikiçi sol cinahda oynatsa, sağ tərəfin əsas oyunçusu Mahir Emreli olacaq.
Araşdırma yazısında Mahir Emrelinin "Dinamo"da özünü sübut etməsi üçün Türkiyə klublarında aldığı təklifi geri çevirdiyi bildirilib.
Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun heyətində keçirdiyi 20 oyunda 5 qol vurub.