İran çempionatında 15-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “İstiqlal”la qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıblar - 2:0.

“Traktor” 15 turdan sonra 22 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.