Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Avropa komandalarının birinə keçə bilər.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı oyunçunun agenti Xorxe Mendes hazırda Çempionlar Liqasında çıxış edən Avropa klubundan təklif aldıqdan sonra "Əl Nəsr"lə danışıqları dayandırıb.

Qeyd edək ki, daha əvvəl Ronaldonun "Əl-Nəsr"lə müqavilə imzalamağa yaxın olduğu bildirilmişdi.