Argentina millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Lionel Skaloninin açıqladığı 26 futbolçudan ibarət heyətdə 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu yer alıb.

Argentina millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Meksika, Səudiyyə Ərəbistanı və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.

df50399c 3600 470a 8622 ab5fa65d7b45