"Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın "Styaua" komandasını çalışdıra bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "Prosport.ro" portalı məlumat yayıb.
Regekampfın bu vəzifəyə əsas namizəd hesab olunduğu, 47 yaşlı mütəxəssisin isə keçmiş klubunun təklifini rədd etməyəcəyi bildirilib.
Qeyd edək ki, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nı çalışdıran Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayına qədər müqaviləsi var.