Futbol üzrə İran çempionatında 9-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” doğma meydanda “Naft MİS” ilə qarşılaşıb. Təbriz komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. "Traktor"un qollarını 2, 82 və 89-cu dəqiqələrdə Mohammad Abbaszadeh vurub.

Qeyd edək ki, “Traktor” hazırda turnir cədvəlində 14 xalla 16 kollektiv arasında 5-cidir.