Uruqvayın "Nasyonal" klubunun ulduz futbolçusu Luis Suaresin transfer olunacağı klubun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu "Los Anceles Qelaksi"yə keçəcək. O, DÇ-2022 başa çatandan sonra ABŞ təmsilçisinə transfer olunacaq.
Daha əvvəl "Nasyonal"ın prezideni Xose Fuentes Suareslə müqavilənin yenilənməyəcəyini bildirmişdi.
Suares iyulda "Nasyonal"a keçib.