"Qrasshopper" klubunda çıxış edən millimizin hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.

O, 3 qol və 1 məhsuldar ötürmə ilə hazırda bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlində "Vulverhempton"dan "Qrasshopper"ə keçib.