Azərbaycan U-21 millisinin müdafiəçisi Samet Karakoçun yeni klubu məlum olub.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qəbələ"dən ayrılan 19 yaşlı oyunçu karyerasını "Isparta 32 Spor"da davam etdirəcək. Tərəflər arasında əldə olunan keçidin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, adıçəkilən klub Türkiyə 2-ci liqasında mübarizə aparır.