"Səbail" klubu Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Bakı klubu “Dila”nı sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Səbail"in qolunu 86-cı dəqiqədə Turan Manafov vurub.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Gürcüstanda Tbilisi "Dinamo"suna 0:2 hesabı ilə uduzmuşdu, “Qaqra”ya 2:1 hesabı ilə qalib gəlmişdi.