"Barselona"dan ayrılan braziliyalı futbolçu Dani Alveşin yeni komandası müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı sağ cinah müdafiəçisi Meksikanın "Pumas" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alveşlə bağlanan sözləşmənin detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Braziliya millisinin üzvü karyerası ərzində "Sevilya", "Yuventus", PSJ və "San Paulo" kimi klublarda oynayıb.