Azərbaycan millisinin və "Dinamo"nin hücumçusu Mahir Emreli  "Hayduk"la Xorvaiya superkuboku uğrunda qarşılaşmada oynamayacaq.

Offsideplus.az xəbər verir ki, bu haqda Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç məlumat verib.O, 25 yaşlı futbolçunun zədədən təzə qayıtdığı və hazır olmadığını bildirib.

Qeyd edək ki, görüş sabah Bakı vaxı ilə 22:00-da başlayacaq