Futbol üzrə Qazaxıstan Premyer Liqasında 16-cı tura start verilib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Emil Balayevin şərəfini qoruduğu "Turan" doğma meydanda "Tobol"la üz-üzə gəlib. Matç 2:2 hesabı ilə başa çatıb. E.Balayev sözügedən görüşdə iştirak etməyib. Onun adı iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, hazırda 16 xalı olan "Turan" 14 komanda arasında 10-cu pillədə qərarlaşıb.