Madrid “Atletiko”su uruqvaylı hücumçusu Luis Suareslə müqaviləni yeniləməyəcək.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı forvard bu mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək. 

Suares 2020-ci ildən Madrid komandasında çıxış edir. 

 O, bu mövsüm 29 matçda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə verib.