Türkiyənin "Qalatasaray" klubu ilə yolları ayrılan Fatih Terimin yeni iş yerinin bəlli olduğu barədə informasiya yayılıb.
Offsideplus.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis Qətər millisinin "sükanı arxasına" keçə bilər. "İmperator" ləqəbli Terimə bu müddət ərzində xeyli təkliflər olunub. Lakin onun Qətər seçməsini çalışdırmaq istəyində olduğu bildirilir.
Təcrübəli çalışdırıcının bu postda Qətərin hazırkı baş məşqçisi Feliks Sançesi əvəzləyəcəyi gözlənilir.
Sançesin yığma ilə müqaviləsinin müddəti bu yay - iyun ayının 30-da başa çatacaq.
Maraq üçün bildirək ki, Fatih Terimə İngiltərə Premyer Liqasında çıxış edən bir neçə klubdan da təklif gəlib.