Belə bir məlumat var ki, növbəti mövsüm I Divizionda mübarizə aparacağı gözlənilən "Xan Lənkəran" Azərbaycan millisinin sabiq futbolçusu və hazırda "Səbail"də çıxış edən Rahid Əmirquliyevi heyətinə qatmaq istəyir.

Məsələni dəqiqləşdirmək üçün 32 yaşlı yarımmüdafiəçinin özü ilə əlaqə saxladıq.

Əmirquliyev Offsideplus.az-a açıqlamasında bunları dedi: "İnşallah, "Xan Lənkəran"ın Premyer Liqada oynamasını arzu edirəm, amma belə bir məlumat düzgün deyil. Komandanın rəhbərliyi mənə bu barədə hər hansı bir təklif göndərməyib".

Qeyd edək ki, Rahid Əmirquliyev 2006/2016-ci illər aralığında "Xəzər Lənkəran"da çıxış edib.

Cavid Əliyev