Dünən Azərbaycan millisi Maltada adıçəkilən ölkənin yığması ilə yoxlama matçı keçiridi. Görüş Azərbaycan seçməsinin minimalhesablı məğlubiyyəti ilə başa çatdı - 0:1.
Qarşılaşmanın 76-cı dəqiqəsində yığmanın və "Qarabağ"ın kapitanı Maksim Medvedev zədələnərək yerini Renat Dadaşova verdi.
Müdafiəçinin son durmunu öyrənmək üçün AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxladıq.
Qurum rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Maksim burun nayihəsindən zədə alıb. Sınıq və çat yoxdur. Növbəti oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı oyunöncəsi qərar veriləcək".
Cavid Əliyev